Almaniya parlamenti – Bundestaq Yaxın Şərqdəki qarşıdurma nəticəsində yanacağın qiymətlərinin sürətlə artmasına qarşı ilk tədbirlər paketini qəbul edib.
“İki sahil” xəbər verir ki, paketə əsasən, yanacaqdoldurma məntəqələrində qiymət artımına müvəqqəti olaraq gün ərzində yalnız bir dəfə - günorta saat 12:00-da icazə veriləcək. Bununla da yanacaqdoldurma məntəqələrində tez-tez baş verən qiymət artımının qarşısının alınması nəzərdə tutulur. Qiymətlərin aşağı salınması üçün isə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Qaydanı pozanlar 100 min avroya qədər cərimələnə bilər.
Bundan əlavə, qiymətlərlə bağlı şəffaflığın təmin olunması üçün rəqabət qanunvericiliyi də sərtləşdirilib. Neft məhsulları sektorunda fəaliyyət göstərən şirkətlər gələcəkdə qiymətləri kəskin artırmaq istədikdə bunu əsaslandırmalı olacaq. Antiinhisar qurumuna topdansatış bazarında qiymət artımlarına nəzarət etmək imkanı verilir.
Qanun layihəsi hakimiyyətdə olan Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı bloku və Sosial Demokratlar Partiyası ilə yanaşı, Yaşıllar Partiyası tərəfindən də dəstəklənib.
Tədbirlər paketinin ən gec aprelin əvvəlində qüvvəyə minməsi və bir ildən sonra yenidən qiymətləndirilməsi planlaşdırılır.
Lavrov Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı xəbərləri təkzib edib
Rusiyanın İrana göndərdiyi humanitar yardım Azərbaycanın dövlət sərhədindən keçib - YENİLƏNİB