"Oskar" mükafatının təqdimetmə mərasimi 2029-2039-cu illərdə Los-Ancelesin mərkəzində yerləşən "Peacock" teatrında keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə təşkilatçı "Academy of Motion Picture Arts and Sciences" və məkanı idarə edən AEG şirkəti məlumat verib.
Hazırda mərasim Los-Ancelesin Hollivud rayonunda yerləşən "Dolbi" teatrında keçirilir.
Xatırladaq ki, martın 15-də Los-Ancelesdə 98-ci "Oskar" mükafatları təqdim olunub.