27 mart 2026 19:07
108

“İncirlik” aviabazasına hücum təhlükəsi var?

Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr Adana əyalətinin cənubundakı “İncirlik” aviabazasına təhdid barədə məlumatları təkzib ediblər.

“İki sahil” xəbər verir ki, nazirlik “hava bazası ərazisində heç bir hücum və ya digər mənfi vəziyyətin qeydə alınmadığını” qeyd edib.

“Ehtimal olunur ki, söhbət hava həyacanı sirenlərinin yanlış siqnal verməsindən gedir”, - deyə Ankara sosial mediada müvafiq paylaşımlara münasibət bildirərək qeyd edib.

Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Adanada yeni “Patriot” hava hücumundan müdafiə raket sisteminin yerləşdirildiyini açıqlamışdı.