27 mart 2026 21:18
154

Azərbaycan millisi yeni rekord müəyyənləşdirib

Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, yığma bu uğura "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə keçirilən qarşılaşmada nail olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 6:1 hesabı ilə darmadağın edib.

Bununla da milli komanda əvvəlki rekordunu geridə qoyub. Azərbaycan yığmasının bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San Marino üzərində qazanılmış 5:1 hesablı nəticə idi. Həmin qarşılaşma 2018-ci il dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.