İran Silahlı Qüvvələrinin ABŞ-nin Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" hərbi bazasına endirdiyi zərbə nəticəsində bir yanacaqdoldurma təyyarəsi məhv edilib, üç təyyarə isə zədələnib.
“İki sahil” xəbər verir ki, bu barədə dövlət teleradio şirkəti "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqariyə istinadən bildirib.
"Bu uğurlu əməliyyat zamanı bir yanacaqdoldurma təyyarəsi tamamilə məhv edilib, daha üç digər təyyarə zədələnib və sıradan çıxıb", - o bildirib.