28 mart 2026 19:50
95

Biləsuvarda motosiklet aşıb

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, rayonun Aranlı kənd sakini, 1994-cü il təvəllüdlü Elnur Bayramovun idarə etdiyi motosiklet idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Samir Matıyev xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

"Report"