01 aprel 2026 17:10
105

Avropa Komissiyası Ukraynaya dondurulmuş Rusiya aktivlərindən 1,4 milyard avro ayıracaq

Avropa Komissiyası yaxın vaxtlarda Ukraynaya 1,4 milyard avro məbləğində vəsait köçürməyi planlaşdırır. Bu vəsait Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına formalaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı ötən gün bu aktivlərin yenidən investisiya edilməsindən 1,4 milyard avro gəlir əldə edib. Sözügedən vəsait Ukraynaya ötürülərək əsas xərclərin qarşılanmasına və silahlı qüvvələrin dəstəklənməsinə yönəldiləcək.

Qeyd edək ki, bu addım Avropa İttifaqının Ukraynaya maliyyə və hərbi dəstəyinin davamı kimi qiymətləndirilir. Daha əvvəl Avropa Komissiyası Ukraynaya 90 milyard avroluq paket çərçivəsində 45 milyard avronun ayrılmasını da təklif etmişdi.