01 aprel 2026 20:41
108

“Xiaomi” ağıllı paltaryuyan buraxıb

Çinin “Xiaomi” şirkəti 175 ABŞ dolları dəyərində 10 kq tutumlu ağıllı paltaryuyan maşınını təqdim edib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, “Xiaomi Mijia Washing Machine Drum 10Kg Ultra-Thin Fully Embedded” adlı yeni model 516 mm dərinliyə malik korpusla təchiz edilib. Maksimal yükləmə həcmi 10 kq təşkil edir.

Qurğu “Xiaomi Pengpai” ekosistemini dəstəkləyir və əsas menyu ilə yanaşı şirkətin rəsmi mobil tətbiqi və ya “Xiaomi”nin səsgücləndiricilərində olan mikrofon vasitəsilə idarə oluna bilər. Digər ağıllı ev cihazları ilə inteqrasiya da nəzərdə tutulub.

Maşın həmçinin, 525 mm diametrli barabana malikdir, 24 yuma proqramını dəstəkləyir və istehsalçının bildirdiyinə görə, 35 növ çətin ləkənin öhdəsindən gələ bilir.