01 aprel 2026 21:15
123

Rauf Məmmədov Almaniyada keçiriləcək "Grenke" şahmat yarışına qatılacaq

Azərbaycanın üçqat Avropa çempionu Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində "Grenke" şahmat festivalında iştirak edəcək.

Azərbaycan Şahmat Federasiyasından “İki sahil”ə verilən məlumata görə, ənənəvi beynəlxalq yarış aprelin 2-dən 6-dək keçiriləcək.

Qeyd edək ki, yarışda həmçinin dünya çempionu, FIDE reytinqinin lideri Maqnus Karlsen də iştirak edəcək.