01 aprel 2026 21:49
110

ÜST: Hər 127 nəfərdən biri autizm spektr pozuntusundan əziyyət çəkir

Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır və bu rəqəm təxminən 61 milyon insan deməkdir.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistik göstəricilərində yer alıb.

Məlumata görə, uşaqlar arasında orta hesabla hər 100 uşaqdan birində autizm müşahidə olunur. Bu rəqəmlər orta göstəricidir və ölkələr arasında ciddi fərqlər var. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə real göstəricilər tam məlum deyil.

Son illərdə artım müşahidə olunsa da, bu, bəzən diaqnostika imkanlarının genişlənməsi, autizimlə bağlı maarifləndirmənin artması ilə əlaqələndirilir.