01 aprel 2026 23:23
91

İsveçdə demensiya xəstələri üçün musiqi layihəsinə başlanılıb

İsveçin SVT televiziya kanalında “Demensiya xəstələri xoru” (Demenskören) adlı proqrama start verilir. Proqramda məşhur musiqiçi və bəstəkar Anders Bagge və vokal müəllimi-psixoterapevt Sofiya Lilja 52-80 yaş arası xəstəlik diaqnozu qoyulmuş 17 nəfərdən ibarət xorla işləyirlər.

“İki sahil” xəbər verir ki, layihə xor ifasında davamlı iştirakın epizodik yaddaşı yaxşılaşdırmaq və yaşlı insanların beynində müvafiq neyron şəbəkələrinə müsbət təsir göstərmək potensialına malik olduğunu sübut edən tədqiqatların nəticələrinə əsaslanır.

Yaradıcılar proqramın yalnız terapevtik deyil, həm də sosial məqsədi olduğunu - demensiyalı insanların həyatını göstərmək, diaqnozun stiqmasını azaltmaq, eləcə də onların yaxınlarını dəstəkləmək olduğunu vurğulayırlar.

Oxşar təşəbbüslər bundan əvvəl qonşu Norveçdə də geniş vüsət alıb, bu layihələrin başlamasından sonra təxminən 180 oxşar xor yaradılıb.

“Ümid edirəm ki, İsveçdə 181-ci xor peyda olacaq”, - deyə Anders Bagge qeyd edir.

Proqram Stokholmdakı “Södra Teatern”də böyük bir konsertlə başa çatacaq.