02 aprel 2026 08:56
100

Vens razılaşma rədd ediləcəyi təqdirdə...

Əvvəllər mətbuat tərəfindən İran məsələsində əsas danışıqçı kimi xarakterizə edilən ABŞ-nin Vitse-prezidenti Jey Di Vens Tehranın razılaşmadan imtina edəcəyi tədqirdə Vaşinqtonun İranın infrastrukturuna zərbələri artırmağa hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadla xəbər verib.

"Vens İran tərəfinə "sərt mesaj" göndərib və razılaşmanı rədd edəcəyi təqdirdə ABŞ-nin İranın infrastrukturuna təzyiqi artıracağını bildirib", - telekanal qeyd edib.

Vensin mesajı çərşənbə axşamı vasitəçilərə göndərdiyi bildirilir ki, onlar bunu İran rəhbərliyinə çatdırsınlar. O, həmçinin Prezident Donald Trampın "səbrini itirdiyi"ni və münaqişəyə son qoymağa çalışdığını vurğulayıb.