02 aprel 2026 22:54
97

Türkiyədə güclü zəlzələ olub

Türkiyənin Balıkəsir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, yeraltı təkanların episentri Balıkəsirin Sındırqı rayonudur.

Yerli vaxtla saat 21:22-də qeydə alınan zəlzələnin ocağı yerin 10,55 kilometr dərinliyindədir.