03 aprel 2026 10:50
193

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb

Azərbaycanda 2025/2026-cı illər mövsümündə 38 futbol klubu müxtəlif turnirlərdə iştirak etmək üçün lisenziya alıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın hesabatında məlumat verilib.

Bildirilib ki, isenziyalaşdırma prosesində iştirak edən 41 klubdan 38-i lisenziya alıb. Hesabata əsasən, klublar tərəfindən bu mövsüm ümumilikdə 1627 meyar yerinə yetirilib, 93 meyar isə icra olunmayıb.

Premyer Liqa və I Liqada fəaliyyət göstərən UEFA PRO kateqoriyalı baş məşqçilərin sayı 10-dur. Premyer Liqa klublarının 50 faizi, I Liqa klublarının isə 60 faizi MMC kimi fəaliyyət göstərir.