AFFA Misli Premyer Liqasının oyunlarında hakim səhvlərinin aradan qaldırılması üçün tədbirlər görür.
“İki sahil” xəbər verir ki, bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
"Hakim xətalarının aradan qaldırılması ilə bağlı tədbirlər görürük. Bunların azaldılması yönündə iş gedir. Xətasız oyunlar olmur. İslahatların əsas məqsədi qərarların maksimal dərəcədə düzgün olmasıdır", - R.Nəcəf söyləyib.
O, milli komandanın perspektivi barədə fikirlərini bölüşüb:
"Ümid edirəm ki, millimiz də böyük çempionatların final mərhələsində olacaq. Komandaların əzmkarlıq göstərdiyini görmək çox sevindirici haldır. İnkişaf gedir. Bu, azarkeşlər üçün də müsbət haldır".
Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.