Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar.
“İki sahil” xəbər verir ki, qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Binaya dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Pik vaxtlarda xətlərdə daha çox qatar hərəkət edəcək − günorta saatlarında da qatar sayı artırıldı
DİN BNMİ-nin növbəti əməliyyatı: 43 kq narkotik vasitə dövriyyədən çıxarılıb/VİDEO