Gəncə şəhərində evdən 27 yaşlı kişinin meyiti tapılıb.
Şəhər sakini 1999-cu il təvəllüdlü V.Sadıxovun meyiti yaşadığı mənzildə aşkar edilib.
Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
V.Sadıxovun meyiti müayinə edilmək üçün "Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi" Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxu.Az
Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib