04 aprel 2026 15:59
114

Volodimir Zelenski: Ərdoğanla substantiv danışıqlar hazırlanıb

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmrakı Rəcəb Tayyib Ərdoğanla substantiv danışıqlara başladığını deyib.

“İki sahil” xəbər verir ki, Ukraynanın dövlət başçısı "X" sosial şəbəkəsində qeyd edib ki, İstanbulda mühüm görüşlər planlaşdırılıb:

"İstanbula gəldim, burada mühüm görüşlər planlaşdırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla substantiv danışıqlar hazırlanıb. İnsanların həyatının real müdafiəsini təmin etmək, Avropamızda, eləcə də Yaxın Şərqdə sabitliyi irəli aparmaq və təhlükəsizliyə zəmanət vermək üçün tərəfdaşlığımızı gücləndiməyə çalışırıq. Birgə səylər həmişə ən yaxşı nəticələr verir".