Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu imkan sadələşdirilmiş bəyannamələr üzrə tətbiq ediləcək və əsasən mikro sahibkarları əhatə edəcək: "Növbəti mərhələlərdə isə digər bəyannamələrin də mobil tətbiq üzərindən təqdim edilməsi planlaşdırılır. Həyata keçirilən bu yeniliklər vergi inzibatçılığında şəffaflığın və çevikliyin artırılmasına, eyni zamanda sənəd dövriyyəsinin optimallaşdırılmasına xidmət edir".
Azərbaycanda ilk dəfə: Mal-qaranın əkin sahəsinə zərər vurması üzrə – 8 614 MANAT SIĞORTA ÖDƏNİŞİ EDİLDİ
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb