04 aprel 2026 21:50
180

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 20:00 olan məlumatına əsasən Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şağdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.

Yardımlıda saat 17:00 -17:10 radələrində diametri 1.3 mm olan dolu düşüb.
 

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.