Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar misirli həmkarı Bədr Abdel Ati ilə telefon danışığı aparıb və Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Söhbət zamanı XİN başçıları gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq, regiondakı son hadisələri və davam edən diplomatik səyləri müzakirə ediblər", - məlumatda bildirilib.
Hər iki tərəf Yaxın Şərqdəki gərginliklə bağlı sıx əlaqədə qalmağa razılaşıb.
Deputy Prime Minister / Foreign Minister Senator Mohammad Ishaq Dar @MIshaqDar50 held a telephone conversation today with the Foreign Minister of Egypt, Badr Abdelatty.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) April 4, 2026
They discussed the latest regional developments and ongoing diplomatic efforts, underscoring the importance of… pic.twitter.com/mPE8KxE6XW