ABŞ və İsrailin İrana qarşı uzunmüddətli müharibəsi Amerikanın Kiyevə dəstəyini daha da zəiflədə bilər.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Associated Press”ə verdiyi müsahibəsində söyləyib.
Prezidentin sözlərinə görə, Ukraynanın Rusiyanın gündəlik hücumlarına qarşı tab gətirməsi üçün təcili olaraq Amerikanın əlavə “Patriot” sistemlərinə ehtiyacı var. Zelenski Kiyevin hələ də ballistik raketləri zərərsizləşdirmək üçün bu sistemlərə təsirli alternativinin olmadığını vurğulayıb.