05 aprel 2026 21:06
127

İntensiv yağıntılar davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlədə yağıntılar intensiv və güclüdür, dağlıq ərazilərdə qar yağır.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aprelin 5-i saat 20:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahbuz, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Xaçmaz, Xaltan, Şabran, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlıda arabir yağış, Qusar, Şahdağ, Xınalıq, Daşkəsəndə isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Xızıda 21, Bakıda və Abşeron yarımadasında eyni zamanda Quba(Qrız), Naftalanda 20, Goranboyda 19, Daşkəsən, Şabranda 18, Şəmkir, Tovuz və Gəncədə 16 m/s-dək güclənir.