06 aprel 2026 10:20
105

Güclü sel Siyəzən-Məşrif avtomobil yolunda körpünü uçurub

Güclü sel Siyəzən-Məşrif avtomobil yolundakı körpünü uçurub.

“İki sahil” xəbər verir ki, Gilgilçay üzərindəki körpü aprelin 6-sı səhər saatlarında dağılıb.

Siyəzən-Məşrif avtomobil yolundan Siyəzən və Şabran rayonlarının 20-dən çox yaşayış məntəqəsinin sakinləri, həmçinin “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə gələn qonaqlar istifadə edirdi.

Körpünün dağılması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb. Bununla əlaqədar əraziyə təbii qazın verilişi məhdudlaşdırılb, rabitə əlaqəsi kəsilib.

Siyəzən Rayon İcra Hakimiyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiirlib ki, hadisə yerinə Rayon Fövqəladə Hallar komissiyasının və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Sakinlər hazırda rayon mərkəzinə getmək üçün Şabran rayonu ərazisindən keçən alternativ yoldan istifadə edirlər.