Kreml ABŞ prezidentinin elçisi Stiv Uitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin Pasxa bayramından sonra Kiyevə planlaşdırılan səfərindən xəbərsizdir.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, belə bir səfərin planlaşdırıldığına dair dəqiq məlumatımız yoxdur", - deyə o vurğulayıb.
1 apreldə Vladimir Zelenski ABŞ prezidentinin elçisi Stiv Uitkov və Kuşnerlə görüşlə bağlı məlumat yayıb.