06 aprel 2026 21:30
139

MPL: “Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı

Misli Premyer Liqasında 26-cı tur davam edir.

2-ci oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib. Beləliklə, Qurban Qurbanovun komandası cari mövsümün ən böyük hesablı qələbəsini qazanıb.

Bu komandalar arasındakı əvvəlki 2 dövrənin matçlarında Ağdam təmsilçisi 2:0 hesablı qələbələr qazanıb.

6 aprel (bazar ertəsi)

19:00. “Qarabağ” 7-0 “Karvan-Yevlax”

Qollar: Leandro Andrade, 23, Kamilo Duran, 31, Dani Bolt, 40, Abdullah Zubir, 43, Kamilo Duran, 45, Kamilo Duran, 48, Leandro Andrade, 64

Tofiq Bəhramov adına Respublika Stadionu

QOL.az