Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma keçiriləcək. İspaniyanın "Barselona" komandası öz meydanında "Atletiko Madrid"i, Fransanın PSJ klubu isə İngiltərə "Liverpul"unu qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, 1/4 finalın ötən gün baş tutan ilk matçlarında Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”ə 2:1, İngiltərə “Arsenal”ı isə Portuqaliyada “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab oyunları aprelin 14-15-də reallaşacaq.
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib VİDEO
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
Ülvi Məmmədov karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək