Avropada qazın qiyməti 8 aprel tarixində keçirilən hərracların açılışında təxminən 17% ucuzlaşıb. Niderland yerləşən TTF habında may fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 544 dollara (yaxud 44,28 avro/MVt·saat) qədər geriləyib.
“İki sahil” xəbər verir ki, bu barədə ICE London birjasının məlumatlarında qeyd olunur.
Qiymətlərin enməsi Donald Tramp tərəfindən İran ilə iki həftəlik atəşkəsin mümkünlüyü və sonradan sülh sazişinin imzalana biləcəyi ilə bağlı açıqlamalara reaksiya olaraq baş verib.
Yay aylarını əhatə edən fyuçerslər də oxşar dinamika göstərib: İyun fyuçersləri 16,6% ucuzlaşaraq 546 dollar (44,45 avro/MVt·saat) səviyyəsinə düşüb.
İyul fyuçersləri 16,6% azalaraq 545,5 dollar (44,40 avro/MVt·saat) olub. Avqust fyuçersləri isə 16,5% ucuzlaşaraq 545 dollar (44,36 avro/MVt·saat) təşkil edib.