08 aprel 2026 15:50
120

Vens: İran Hörmüz boğazını açmağa razılaşıb

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ İran ilə atəşkəsə razılıq verib, çünki İran nümayəndələri Hörmüz boğazını gəmiçiliyə açmağa hazır olduqlarını bəyan ediblər.

“İki sahil” TASS-a istinadla o, bu barədə Budapeşt şəhərində çıxışı zamanı danışıb.

Vitse-prezidentin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İrana faktiki ultimatum qoyub və Hörmüz boğazı açıldığı təqdirdə atəşkəs vəd edib: “Gecə saatlarında belə bir razılaşmaya gəldik. İranlılar boğazı açmağa razılaşdılar”.

Tramp ultimatumun müddətini iki həftə uzatmağa razılıq verib və tərəflər sülh nizamlanması istiqamətində irəliləyiş əldə edib. Bu iki həftə ərzində razılaşmanın yekunlaşması planlaşdırılır. Eyni zamanda, İsrail İran əleyhinə zərbələri dayandıracağını açıqlayıb.

ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar aprelin 10-da İslamabad şəhərində keçiriləcək.