Türkiyədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, yerli vaxtla saat 17:00 radələrində Antalya-İsparta magistralında qoşqulu yük maşını ilə sərnişin mikroavtobusu toqquşub.
İlkin məlumata görə, hadisə zamanı 7 nəfər həlak olub, daha 7-si yaralanıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.