09 aprel 2026 11:33
137

"BakuBus" avtobusu piyadanı vurub

Gəncədə "BakuBus" avtobusu piyadanı vurub.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. 

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1977-ci il təvəllüdlü Z.Quliyevanı "BakuBus" şirkətinə məxsus 13 saylı xətt üzrə çalışan avtobus vurub. 

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.