09 aprel 2026 14:23
134

“Enterprise Azerbaijan” portalı Niğde Universitetinin Texnoparkı ilə birgə infosessiya keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Five Continents - 500 Startups” layihəsi çərçivəsində infosessiya keçirilib.

“İki sahil” xəbər verir ki, infosessiya layihənin Türkiyədən olan tərəfdaşlarından biri – Niğde Universitetinin Texnoparkı ilə birgə təşkil olunub. Niğde Universitetinin Texnoparkının direktoru Rifat Battaloğlunun da iştirak etdiyi infosessiyada rezident startaplar, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Xatırladaq ki, “Startup School 4: Five Continents - 500 Startups” layihəsi beş qitəni əhatə edir. Həmçinin layihənin final mərhələsi - “Demo Day” 30-31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində “TEI Forumu 2026” ilə eyni vaxtda, eyni məkanda təşkil olunacaq. Bu sinerji layihə iştirakçıları və tərəfdaşları üçün daha geniş investor, korporativ və beynəlxalq şəbəkə imkanları yaradacaq.