Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Əliyeva Nuridə Tapdıq qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Tahir Əmiraslanov: “Tibbi, kulinariya, dini və iqtisadi baxımdan quzuların erkən kəsilməsi məqsədəuyğun deyil” - VİDEO
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək