ABŞ-nin birinci xanımı Melaniya Tramp maliyyəçi Ceffri Epşteynlə əlaqəsi olması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, Melaniya bununla bağlı Ağ Evdə mətbuata açıqlama verib.
O, Ceffri Epşteyn və onun ortağı Ghislaine Maxwell ilə "heç vaxt münasibətdə olmadığını" vurğulayıb.
"Epşteyn və mənim haqqında çoxsaylı "saxta şəkillər və iddialar"ın yayılıb. Həmçinin, Epşteyn məni, ərim prezident Donald Trampla tanış etməyib. Tramp və Epşteynlə ilk dəfə 2000-ci ildə qatıldığım bir tədbirdə qarşılaşmışam. O vaxtadək mən Epşteynlə heç vaxt görüşməmişdim və onun cinayətkar fəaliyyətləri barədə heç nə bilmirdim", - deyə o bildirib.
Melaniya Trampın Epşteyn qalmaqalı ilə bağlı kamera qarşısında ilk dəfə danışması diqqət çəkib. O, bununla da, haqqında yayılan "böhtan xarakterli" şayiələri qətiyyətlə təkzib edib.