10 aprel 2026 12:31
116

Azərbaycan Metrologiya İnstitutunda Qazaxıstandan olan tələbələr üçün infotur təşkil olunub

Tələbələrə müasir laboratoriya infrastrukturunda ölçmə və kalibrləmə metodları, beynəlxalq tələblərə uyğunluğun qorunması istiqamətində tətbiq edilən praktiki yanaşmalar izah olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən olan Əl-Fərabi adına Qazax Milli Universitetinin magistrantları üçün (KazNU) infotur təşkil olunub.

İnfotur çərçivəsində tələbələr AzMİ-nin vaxt və tezlik, radiotezlik gücü və paylanma parametrləri, elektromaqnit çirklənməsi, həcm, tibb, müqavimət, mayelərin kinematik özlülüyü, temperatur, sərtlik, dalğa uzunluğu, fotometriya və təzyiq ölçmələri üzrə laboratoriyalarının fəaliyyəti ilə tanış olublar.

Onlara AzMİ-də laboratoriya şəbəkəsinin yenilənməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin burada istifadə olunan müasir avadanlıqlar, ölçmə və kalibrlənmə imkanları, eləcə də tətbiq olunan metodologiyalardan bəhs olunub.