10 aprel 2026 21:45
125

Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirlərinin aprelin 21-də keçiriləcək iclasında bir sıra məsələlər, o cümlədən Gürcüstandakı mövcud vəziyyət də müzakirə ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlərin görüşünün gündəliyində qeyd olunub. Sənədə əsasən, nazirlər İrəvan şəhərində keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi sammiti öncəsi Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar.

Müzakirələr zamanı xüsusilə Ermənistan-Azərbaycan münasibətləri və Gürcüstandakı proseslər diqqət mərkəzində olacaq.

Bununla yanaşı, iclasda Rusiya- Ukraynaya müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Sudanla bağlı məsələlər də müzakirə ediləcək.