Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında danışıqların aprelin 11-i, şənbə günü baş tutacağını təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Aja News" məlumat yayıb.
"ABŞ və İranın nümayəndə heyətləri şənbə günü Pakistanda olacaqlar, biz danışıqların uğurla nəticələnməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik", - Ş. Şərif bəyan edib.