11 aprel 2026 13:06
104

Masazırda iki qadın qətlə yetirilib

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

“İki sahil” xəbər verir ki, "Report"un Sumqayıt-Abşeron bürosunun əldə etdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.