İran Hörmüz boğazına yerləşdirdiyi minaları tapa bilmir.
“İki sahil” yazır ki, bu barədə “The New York Times” qəzeti adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, buna görə də boğazı daha çox gəmi hərəkəti üçün aça bilməyiblər.
Rəsmilər həmçinin iddia ediblər ki, İran yerləşdirdiyi minaları "təmizləmək üçün imkanlara malik deyil".
İranın yerləşdirdiyi hər bir minanın yerinin qeydə alınıb-alınmadığı dəqiq olmasa da, yerlərin qeydə alındığı təqdirdə belə, bəzi minaların sürüşməyə və ya yerdəyişməyə imkan verəcək şəkildə yerləşdirildiyi irəli sürülüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”