11 aprel 2026 14:53
135

Ötən gün 40 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42,4 kiloqramdan çox marixuana, 930 qramdan artıq heroin, 1 kiloqramdan çox tiryək və metamfetamin olub.