Əsir mübadiləsi çərçivəsində Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki ukraynalı qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.
“Bizimkilər evə qayıdırlar - 175 hərbçi, silahlı qüvvələrin döyüşçüləri, milli qvardiyaçılar, sərhədçilər, sıravi çavuşlar, zabitlər və yeddi mülki şəxs. Döyüşçülərimiz Ukraynanı müxtəlif istiqamətlərdə, Mariupolda, ÇAES-də, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sum, Kiyev, Kursk istiqamətlərində müdafiə ediblər. Onların arasında yaralananlar var. Əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə olub. Və nəhayət - evdədirlər”, - deyə Zelenski vurğulayıb.