"İran və ABŞ nümayəndə heyətləri Pakistan rəsmilərinin vasitəçi kimi iştirakı ilə İslamabadda üçtərəfli danışıqların yeni raunduna başlayıblar".
“İki sahil” yazır ki, bu barədə İranın Dövlət Televiziyası (IRIB) məlumat yayıb.
Daha əvvəl ekspertlər səviyyəsində və dar tərkibdə görüşlər keçirilib.
IRIB qeyd edib ki, bu, danışıqlar raundu çərçivəsində ümumi anlaşmaya nail olmaq üçün "son şans"dır.