İslamabadda keçirilən danışıqlarda İran tərəfi irəliyə doğru təşəbbüslər irəli sürsə də, ABŞ tərəfi bu tur müzakirələrdə İran heyətinin etimadını qazana bilmədi.
“İki sahil” xəbər verir ki, bunu İslamabadda keçirilən ABŞ və İran arasında müzakirələrdə İran heyətinin rəhbəri və parlamenti sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ tərəfi İranın məntiq və prinsiplərini anlayıb və hazırda İranın etimadını cəlb edib-etməyəcəyi haqda qərar qəbul edə bilər.
Qalibaf bildirib ki, İran hərbi mübarizə ilə yanaşı vətəndaşlarının hüquqlarının təmin olunması üçün diplomatiya gücünü başqa bir metod hesab edir və 40 günlük müdafiəsi ilə əldə etdiyi nailiyyətləri təsbit etmək üçün heç bir səyi əsirgəməyəcək.
“İran həmçinin bu müzakirələr prosesini sadələşdirdiyi üçün dost və qardaş Pakistana təşəkkürünü bildirir”, - deyə o qeyd edib.
Parlament sədri 21 saatlıq sıx müzakirələr apardığına görə, müzakirə heyətinin üzvlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.