12 aprel 2026 17:10
131

Ağcabədidə şadlıq sarayında ölüm hadisəsi baş verib

Ağcabədi rayonunda şadlıq saraylarından birində ölüm hadisəsi qeydə alınıb.

Hadisə Hindarx qəsəbəsində baş verib. Rayon sakini, 1991-ci il təvəllüdlü Nəcəfov Samir Vidadi oğlunun məclis zamanı qəfil halı pisləşib.

O, yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Trend