12 aprel 2026 17:24
99

Putinlə Pezeşkian telefonla danışdı

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Vladimir Putin və Məsud Pezeşkian telefon danışığı zamanı Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.

Dövlət başçıları aprelin 11-də İslamabadda keçirilən İran-ABŞ danışıqları ilə bağlı da müzakirə aparıb. İran prezidenti Rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, gərginliyin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə minnətdarlığını bildirib. Pezeşkian həmçinin İran xalqına göstərilən humanitar yardıma görə Rusiyaya təşəkkür edib.