Təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “İki sahil”ə bildirilib ki, məhdudiyyət aprelin 13-də saat 10:00-dan aprelin 15-də saat 07:00-dək qüvvədə olacaq.
Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edə bilərlər.