12 aprel 2026 20:26
108

Pezeşkian ABŞ ilə razılaşma üçün şərti açıqlayıb

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran Vaşinqtonun beynəlxalq hüquqa riayət etməsi və İranın “qırmızı xətlərini” nəzərə alması şərti ilə ABŞ ilə ədalətli razılaşmaya gələ bilər.

“İki sahil” xəbər verir ki, оnun sözlərinə görə, İslam Respublikası regionda sülhü və uzunmüddətli sabitliyi təmin edəcək balanslaşdırılmış və ədalətli sazişin bağlanmasına hazırdır.

O qeyd edib ki, ABŞ beynəlxalq normalar çərçivəsində hərəkət edərsə, razılaşmanın əldə olunması mümkündür.