13 aprel 2026 01:35
100

SEPAH: Hörmüz boğazına hərbi gəmilər yaxınlaşsa, atəşkəs rejimi pozulacaq

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, hər hansı hərbi gəminin Hörmüz boğazına yaxınlaşmasını ABŞ-nin elan etdiyi iki həftəlik atəşkəs rejiminin pozulması kimi qiymətləndirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İranın dövlət mediasının yaydığı bəyanata əsasən, Hörmüz boğazı İran Hərbi Dəniz Qüvvələrinin nəzarəti və idarəetməsi altındadır.

SEPAH vurğulayıb ki, boğaz müəyyən edilmiş qaydalara uyğun olaraq qeyri-hərbi gəmilərin təhlükəsiz keçidi üçün açıqdır.

Bununla yanaşı, Tehrandan xəbərdarlıq edilib ki, boğaza yaxınlaşmağa cəhd edən hərbi gəmilər sərt qarşılanacaq.