ABŞ ordusu Şərq vaxtı ilə saat 10:00-da Hörmüz boğazı, İran limanlarının blokadasını tətbiq etməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridadan qayıdarkən Merilenddəki Endryus aviabazasında jurnalistlərə açıqlayıb.
Tramp İslamabad danışıqların razılaşma ilə yekunlaşmadığı üçün İranla dialoqun olub-olmamasında fərq görmür. "Əgər iranlılar danışıqlara qayıtmasalar, mənim üçün hər şey qaydasındadır," - ABŞ Prezidenti bildirib.
Daha əvvəl də xəbər verdiyimiz kimi, İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub və ABŞ ilə müttəfiqlərinin bu su yolundan keçidinə qadağa nəzərdə tutulub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bəyan edib ki, hər hansı hərbi gəminin Hörmüz boğazına yaxınlaşması ABŞ-nin elan etdiyi iki həftəlik atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək.