13 aprel 2026 11:26
118

Avropa İttifaqı Macarıstanda "siyasi tələ"yə düşə bilər

Avropa İttifaqı Macarıstanda keçirilmiş son parlament seçkilərində Baş nazir Viktor Orbanın məğlubiyyətini qeyd edərkən əslində siyasi bir tələyə düşə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə İsveçrənin nüfuzlu nəşri "Die Weltwoche" yazır.

Nəşrin qeyd etdiyi kimi, Avropa dairələrində guya daha “avropa yönümlü” hesab edilən yeni siyasi qüvvəyə qarşı yaranan həddindən artıq nikbinlik reallığı görməyə mane olur. Məqalədə bildirilir ki, hakimiyyətə gələn yeni lider əslində gözlənildiyi qədər Avropa İttifaqına yaxın mövqe sərgiləmir.

Aprelin 12-də Viktor Orban parlament seçkilərində qalib gələn “Tisa” partiyasını təbrik etdiyini açıqlayıb və nəticələrin onun rəhbərlik etdiyi “Fidesz” partiyası üçün ağrılı olduğunu etiraf edib. Qalib tərəfin əsas siması isə müxalif siyasətçi Peter Madjar hesab olunur.

Bununla belə, beynəlxalq media, o cümlədən Politico yazır ki, Madyar Ukraynaya silah tədarükünün əleyhinə çıxış edir. O, həmçinin Budapeşt ilə Moskva arasında danışıqların aparılmasının vacibliyini vurğulayır.

Bu mövqelər göstərir ki, yeni hakimiyyətin xarici siyasət kursu Avropa İttifaqınin gözləntilərindən fərqli ola bilər. Nəticədə, Aİ-nin Macarıstanda baş verən dəyişikliklərə həddindən artıq ümid bəsləməsi onu yanlış qiymətləndirmələrə aparan bir “tələ”yə çevirə bilər.

Beləliklə, ekspertlər hesab edir ki, Macarıstanda hakimiyyət dəyişikliyi Avropa siyasətində kəskin dönüş deyil, daha çox mövcud kursun müəyyən dəyişikliklərlə davamı ola bilər.